Nazir ŞƏKİDƏ | AZERSPACE 1 |
20 iyun 2013 cü il
İyunun 19-da rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şəkidə bu rayondan, eləcə də Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edib.
Şəki Telekommunikasiya Qovşağının konfrans zalında nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı bu bölgədən olan vətəndaşların şikayət və müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, müraciətlərin bəziləri yerindəcə həllini tapıb.
Qəbuldan sonra nazir Əli Abbasov jurnalistlərə bildirib ki, müraciətlərdən 3-ü münasib işlə təmin olunmalarına kömək göstərilməsi ilə bağlı olub. Nazir vurğulayıb ki, son illər yeni iş yerlərinin açılması bölgələrdə də sürətləndiyi üçün belə problemlərin həlli artıq çətinlik törətmir. Hər üç vətəndaşın müraciəti müsbət həll edilib.