A B Ş E R O N 50

Abşeron rayonunun 50 illik yubileyi təntənəli surətdə qeyd edilmişdir

2013-05-01

30.04.2013-cü il tarixdə , Abşeron rayonunun 50 illik yubileyi təntənəli surətdə qeyd olunmuşdur.Möhtəşəm yubiley şənliyi Xırdalan şəhərinin mərkəzində yaradılmış meydanda keçirilmişdir.

Tədbir Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın səslənməsi ilə başlamışdır. Səhnələşdirilmiş kompozisiyada Azərbaycanın cazibədar, tarixi keçmişi və inkişafı ilə şöhrət qazanmış yerlərindən birinin də Abşeron olduğu göstərilmişdir. Abşeron bir inzibati rayon kimi 1963-cü ilin yanvarında yaradılaraq özündə 7 qəsəbə və 22 yaşayış məntəqəsini birləşdirmişdir. Bununla da çox böyük həcmdə iqtisadi, sosial, mədəni və insan kapitalı çoxmillətli rayonun təkrarsız və bənzərsiz həyat tərzini əsasını təşkil etmişdir..

Daha Ətraflı

 

ONLINE ÖDƏMƏ